Bakının giriş hissəsində təhlükəsizlik tədbirləri görülür - VİDEO

Hadisə
  • 01 dekabr, 2015
  • 09:33
Bakının giriş hissəsində təhlükəsizlik tədbirləri görülür - VİDEO

Bakı. 1 dekabr. REPORT.AZ/ Bakının giriş ərazilərində təhlükəsizlik məqsədi ilə avtomobillərə baxış keçirilir. "Report"un məlumatına görə, səhər saat 6:00-dan başlayaraq Bakının bütün girişlərində postlar qurulub və şəhər ərazisinə daxil olan bütün nəqliyyat vasitələrinə baxış keçirilir. 
Ərazidə xidmət aparan polis əməkdaşları "Report"a bildirib ki, bütün növ nəqliyyat vasitələrinin yük və salon hissəsinə baxış keçirilir. Bu saata qədər şübhəli şəxs qismində saxlanılan olmayıb və heç bir şübhəli hadisə qeydə alınmayıb.

Bakının giriş hissəsində təhlükəsizlik tədbirləri görülür - VİDEO

44 filmi