Bakının 20 Yanvar metrostansiyası yaxınlığında bıçaqlanma olub

Bakının 20 Yanvar metrostansiyası yaxınlığında bıçaqlanma olub Gənc oğlan iki nəfər tərəfindən döyülərək bıçaqlanıb
Hadisə
15 Mart , 2018 07:22
Bakının 20 Yanvar metrostansiyası yaxınlığında bıçaqlanma olub

Bakı. 15 mart. REPORT.AZ/ Bakının Nəsimi rayonu ərazisində, metropolitenin 20 yanvar stansiyası yaxınlığında bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, 24 yaşlı Bağırlı Amal Məhərrəm oğlu tanımadığı iki nəfərlə mübahisə edib. Nəticədə o, döyülüb və naməlum iki şəxsdən biri tərəfindən iki bıçaq zərbəsi alıb.

Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları araşdırma aparır.

Orphus sistemi