Bakıdakı yeraltı piyada keçidlərindən birində kütləvi dava olub
Hadisə
- 11 oktyabr, 2017
- 00:43
Bakı. 11 oktyabr. REPORT.AZ/ Bakının Xətai rayonunda xəsarətlə nəticələnən kütləvi dava olub.
"Report" xəbər verir ki, hadisə Babək prospekti, 92 ünvanında yerləşən yeraltı piyada keçidində baş verib.
Sözü gedən ünvanda 37 yaşlı Cahid İnqilab oğlu Abbaslı və 20 yaşlı Kənan Ədalət oğlu Hüseynzadə tanımadığı şəxslərlə mübahisə edib.Tərəflər arasında yaranan mübahisə davaya çevrilib. Nəticədə Cahid və Kənan ağır bədən xəsarətləri alaraq xəstəxanalıq olublar. Onları döyən həmin şəxslər isə hadisə yerindən qaçıblar.
Zərərçəkmişlərə xəstəxanada ilkin yardım göstərildikdən sonra hər iksinin müalicələri davam etdirilməsi üçün şöbəyə yerləşdirilib.
Xətai Rayon Polis İdarəsinin 34 –cü Polis Bölməsi tərəfindən faktla bağlı araşdırmaya başlanılıb.
Son xəbərlər
19:10
Giorgi Volski: ABŞ vitse-prezidentinin Cənubi Qafqaza səfəri Vaşinqtonun regionda dəstəklədiyi layihələrlə bağlıdır
Region19:01
Elvin Cəfərquliyev: "UEFA Çempionlar Liqasında həftənin rəmzi komandasına düşdüyüm üçün qürur duyuram"
Futbol19:00
ABŞ ələ keçirilmiş tankerlərdən Venesuela neftini müsadirə edib
Digər ölkələr18:50
Zelenski: Əbu-Dabidəki danışıqlar konstruktiv olub
Digər ölkələr18:33
Tramp Çinlə əməkdaşlığa görə Kanadanı hədələyib
Digər ölkələr18:29
Azərbaycan millisinin baş məşqçisi: "Qələbə gələcək üçün inam verdi"
Futbol18:23
Aktrisa Məsumə Babayeva vəfat edib
İncəsənət18:23
Premyer Liqa: "Kəpəz" Azərbaycan çempionunu məğlub edib
Futbol18:16