Bakıda zibillikdən avtomat silahı tapılıb

Bakıda zibillikdən avtomat silahı tapılıb Bakıda zibillikdən silah-sursat tapılıb.
Hadisə
18 Mart , 2022 11:42
Bakıda zibillikdən avtomat silahı tapılıb

Bakıda zibillikdən silah-sursat tapılıb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, daxil olmuş məlumat əsasında Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Nəriman Nərimanov prospektindəki məişət tullantıları qutusundan nömrəsi silinmiş “AK-74” markalı avtomat silahı və 4 ədəd 7,62 çaplı patron tapılıb.

Son xəbərlər

Orphus sistemi