Bakıda zəncirvari qəzada 3 nəfər öldü, xəsarət alan var - YENİLƏNİB
- 26 fevral, 2020
- 18:48
Bakıda baş verən ağır yol qəzasında xəsarət alan şəxsin kimliyi məlum olub.
"Report"un məlumatına görə, hadisə Qaradağ rayonunda, Xocahəsən qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 1984-cü il təvəllüdlü Əliyev Budaq Səfərəli oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi xəstəxanaya çatdırılıb. Ona kürək və baldır sümüklərinin sınığı diaqnozu qoyulub.
Qeyd edək ki, qəza zamanı həmçinin daha 3 nəfər ölüb.
Orxan Rasifoğlu
***17:37
Bakıda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
TƏBİB-dən “Report”a verilən məlumata görə, hadisə Xocəsən qəsəbəsi ərazisində qeydə alınıb.
Bildirilib ki, 3 avtomobil toqquşub, onlardan biri ərazinin yaxınlığındakı bataqlığa düşüb. Hadisə yerində 2 qadın ölüb. Qəzada xəsarət alan kişi isə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.