Bakıda zəncirvari qəza baş verib, yaralananlar var - FOTO

Bakıda zəncirvari qəza baş verib, yaralananlar var - FOTO Avtomobillərdən biri yolun səki hissəsinə aşıb
Hadisə
18 İyul , 2016 15:49
Bakıda zəncirvari qəza baş verib, yaralananlar var - FOTO

Bakı. 18 iyul. REPORT.AZ/ Bakının Nobel prospektində zəncirvari qəza baş verib.

“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, qəza nəticəsində “Mercedes, “Hyundai”, “Toyota” və “Chevrolet” markalı avtomobillərə ciddi zərər dəyib.

Hadisə nəticəsində bəzi avtomobillər yararsız hala düşüb, “Chevrolet” markalı avtomobil yolun səki hissəsinə aşıb.

Hadisə nəticəsində ölən olmasa da, üç nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi