Bakıda zəncirvari qəza baş verib, bir neçə avtomobil toqquşub - FOTO

Bakıda zəncirvari qəza baş verib, bir neçə avtomobil toqquşub - FOTO Faktla bağlı araşdırma aparılır
Hadisə
27 Dekabr , 2016 19:29
Bakıda zəncirvari qəza baş verib, bir neçə avtomobil toqquşub - FOTO

Bakı. 27 dekabr. REPORT.AZ/ Bakıda zəncirvari yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, "Azadlıq" metro stansiyası yaxınlığında qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes-Benz C-Klass" markalı avtomobil yol kənarında dayanan "Mercedes-Benz E-Class" markalı avtomobilə dəyib, ikincisi isə "VAZ-2107 və digər avtomobillərə dəyib. Qəzada xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi