Bakıda yüksək sürətlə hərəkətdə olan "Hyundai" qəza törədib, ağır xəsarət alanlar var - VİDEO

Hadisə
  • 06 avqust, 2018
  • 01:48
Bakıda yüksək sürətlə hərəkətdə olan Hyundai qəza törədib, ağır xəsarət alanlar var - VİDEO

Bakı. 6 avqust. REPORT.AZ/ Paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər ağır xəsarət alıb.

"Report" xəbər verir ki, "90-NU-205" dövlət qeydiyyat nişanlı "Hyundai" markalı avtomobil Alı Mustafayev küçəsində yüksək sürətlə hərəkətdə olan zaman "01-BP-836" dövlət nişanlı "Mercedes" markalı maşına çırpılıb.

Zərbənin gücündən hər iki avtomobil beton arakəsməyə dəyib. Nəticədə "Hyundai"da olan iki nəfər ağır xəsarət alıb.

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, hər iki yaralı açıq kəllə-beyin travması alıb. Hazırda onların vəziyyəti ağır kimi qiymətləndirilir.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib.

Fakt araşdırılır.

Bakıda yüksək sürətlə hərəkətdə olan "Hyundai" qəza törədib, ağır xəsarət alanlar var - VİDEO

Son xəbərlər

Bütün Xəbər Lenti