Bakıda yük və minik maşınlarının toqquşması nəticəsində 1 qadın ölüb

Bakıda yük və minik maşınlarının toqquşması nəticəsində 1 qadın ölüb Bakı. 20 noyabr. REPORT.AZ/ Bakı şəhərinin Qaradağ rayonunda yük avtomobili və “Daewoo” markalı minik avtomobili toqquşub.
Hadisə
20 Noyabr , 2018 04:54
Bakıda yük və minik maşınlarının toqquşması nəticəsində 1 qadın ölüb

Bakı. 20 noyabr. REPORT.AZ/ Bakı şəhərinin Qaradağ rayonunda yük avtomobili və “Daewoo” markalı minik avtomobili toqquşub.

“Report” FHN-ə istinadən xəbər verir ki, bu barədə məlumat qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Məlumata əsasən, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sərnişin, 1962-ci il təvəllüdlü Vəliyeva Gülgəz Əliağa qızının meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil verilib.

Bundan əvvəl Siyəzəndə yük və minik avtomobillərinin toqquşması nəticəsində 2 nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi