Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.
Binə qəsəbəsində 2009-cu il təvəllüdlü Canıyev Famil Rövşən oğlu yolu keçərkən onu "Qazel" markalı yük avtomobili vurub. Yaralı təcili yardım maşını vasitəsilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb və ona çanaq sümüyünün sınığı diaqnozu qoyulub. F.Canıyevin vəziyyəti ağır olduğundan o, xəstəxananın Reanimasia şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Ramin Şahbazov