Bakıda yolu keçən kişini avtomobil vurdu

Bakıda yolu keçən kişini avtomobil vurdu Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
17 Dekabr , 2020 21:41
Bakıda yolu keçən kişini avtomobil vurdu

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb.

İnşaatçılar metrosunun yanında yolu keçən 1976-ci il təvəllüdlü Məmmədov Arif Aydın oğlunu avtomobil vurub.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə beyin travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

İlqar Abdullayev

Son xəbərlər

Orphus sistemi