Bakıda yolu keçmək istəyən gənc qızı maşın vurub

Bakıda yolu keçmək istəyən gənc qızı maşın vurub Yaralı sürücünün köməkliyi ilə xəstəxanaya yerləşdirilib
Hadisə
29 noyabr 2017 01:42
Bakıda yolu keçmək istəyən gənc qızı maşın vurub

Bakı. 29 noyabr. REPORT.AZ/ Bakının Nərimanov rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə 1991-ci il təvəllüdlü Abbasova Arzu Qasım qızı yolu keçən zaman baş verib.

Qəzanı "Hyundai" markalı avtomobilin sürücüsü törədib. Yaralı sürücünün köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.

Orphus sistemi