Bakıda yolu keçən iki qadını və uşaqlarını avtomobil vurub

Bakıda yolu keçən iki qadını və uşaqlarını avtomobil vurub Bakıda yolu keçən iki qadını və uşaqlarını avtomobil vurub.
Hadisə
26 May , 2022 00:20
Bakıda yolu keçən iki qadını və uşaqlarını avtomobil vurub

Bakıda yolu keçən iki qadını və uşaqlarını avtomobil vurub.

“Report”un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, yolun piyadalar üçün qadağan olunmuş hissəsindən keçən 1993-cü il təvəllüdlü Dünyamalıyeva Adilə Sabir qızı və onun övladı 2020-ci il təvəllüdlü Dünyamalıyeva Banu Turan qızını, 1991-ci il təvəllüdlü Hacıyeva Türkan Qəhrəman qızı və onun övladı 2021-ci il təvəllüdlü Hacıyev Sabir Firuz oğlunu avtomobil vurub.

Yaralılar təcili tibbi yardımın köməyilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı A.Dünyamalıyevaya baş-beyin silkələnməsi və burunun sınığı, T.Hacıyevaya isə sağ almacıq sümüyünün sınığı və baş-beyin silkələnməsi diaqnozu qoyulub.

Xatırladaq ki, A.Dünyamaliyeva və T.Hacıyeva qohumdurlar.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi