Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.
"Report"un məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 1979-cu il təvəllüdlü Əmirov Vuqar Səlim oğlu, 1987-ci il təvəllüdlü Hüseynov Sabir Elvin oğlu və 1990-cı il təvəllüdlü İbrahimova Aypara Faiq qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili yardımın köməkliyi ilə 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıblar. Müayinə zamanı V.Əmirova və S.Hüseynova qapalı kəllə-beyin travması, A.İbrahimovaya isə bədənin əzikləri diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.