Bakıda yol qəzasında ana və 1 yaşlı körpəsi ağır yaralandı

Bakıda yol qəzasında ana və 1 yaşlı körpəsi ağır yaralandı Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
269
17 İyul , 2021 22:25
Bakıda yol qəzasında ana və 1 yaşlı körpəsi ağır yaralandı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Rayonun Bilgəh qəsəbəsində yerləşən çimərlik ərazisində iki avtomobil toqquşması nəticəsində avtomobildə olan sərnişin 2020-ci il təvəllüdlü Qurbanova Rüqəyya Tərlan qızı və anası 1996-cı il təvəllüdlü Qurbanova Gövhər Akif qızı xəsarət alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı G.Qurbanovaya alın nahiyyəsinin əzilmiş yarası, R.Qurbanovaya isə qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi