Bakıda yol qəzasında qadın və yeniyetmə xəsarət alıblar

Hadisə
  • 04 yanvar, 2020
  • 15:36
Bakıda yol qəzasında qadın və yeniyetmə xəsarət alıblar

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xətai rayonu “Ukrayna dairəsi” yaxınlığında qeydə alınıb.

İki avtomobilin toqquşması zamanı 1982-ci il təvəllüdlü Səlimova Samirə Məzahir qızı11 yaşlı Nuriyeva Səbinə Vüqar qızı xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. S.Səlimovaya qapalı kəllə-beyin travması, döş qəfəsinin əziyi, S.Nuriyevaya isə üzün sağ tərəfinin əziyi diaqnozları qoyulub.

Son xəbərlər

Bütün Xəbər Lenti