Bakıda yol qəzası nəticəsində iki nəfər yaralanıb

Bakıda yol qəzası nəticəsində iki nəfər yaralanıb Ələt-Astara yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində yol qəzası baş verib.
Hadisə
4 May , 2019 23:30
Bakıda yol qəzası nəticəsində iki nəfər yaralanıb

Ələt-Astara yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində yol qəzası baş verib.

"Report" xəbər verir ki, Sahil qəsəbəsi ərazisində yük maşınının yol kənarında dayanan "Mercedes Vita" markalı avtomobilə arxadan çırpılması nəticəsində iki nəfər xəsarət alıb.

Yaralılar – 1967-ci il təvəllüdlü Mehdiyev Rövşən Yusif oğlu baş nahiyəsinin əzilmiş-deşilmiş yarası və 1977-ci il təvəllüdlü Mirzəquliyev Füzuli Balağa oğlu sol ayağının sınığı və baş nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdiriləcək.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi