Bakıda MTRŞ-nın hüquqşünası yol qəzasında ölüb - ƏLAVƏ OLUNUB
Hadisə
- 03 iyun, 2017
- 14:47
Bakı. 3 iyun. REPORT.AZ/ Bakıda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, 90-FL 361 dövlət nömrə nişanlı "Qazel" markalı yük maşını "Harley Davidson" markalı, 10-A-919 dövlət nömrə nişanlı motosikletlə toqquşub. Nəticədə motosiklet bir neçə metr məsafədə sürüşərək aşıb, sürücü isə aldığı ağır xəsarətdən hadisə yerindəcə ölüb.
Xətai Rayon Polis İdarəsindən "Report"a verilən məlumata görə, qəzada ölən şəxs Milli Televiziya və Radio Şurasının Hüquq şöbəsinin əməkdaşı, vəkil Toğrul Mirzəzadədir.
Əraziyə hüquq-mühafizə orqanlarının və təcili yardımın əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
12:39
Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanı qarşılayıb
Xarici siyasət12:37
Azərbaycana İrlandiyadan pul köçürmələri 7 dəfədən çox artıb
Maliyyə12:37
Kamil Xasiyev etimadnaməsini BMT-nin Vyana ofisinin baş direktoruna təqdim edib
Xarici siyasət12:33
Məcnun Məmmədov: "Müasir aqrar sektor texnologiya, süni intellekt və innovasiya deməkdir"
ASK12:29
Azərbaycanda sabah 35 dərəcə isti olacaq
Ekologiya12:24
Foto
İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib
Xarici siyasət12:23
Rəcəb Fərəczadə: "Çempionlar Liqasındakı qrupumuz heç də asan deyil"
Futbol12:22
Lənkəranda dəmiryolu relslərini oğurlamaqda şübhəli bilinən 3 nəfər saxlanılıb
Hadisə12:18
Foto