Bakıda yol qəzası baş verib, avtomobil deformasiyaya uğrayıb - FOTO

Bakıda yol qəzası baş verib, avtomobil deformasiyaya uğrayıb - FOTO Faktla bağlı araşdırma aparılır
Hadisə
28 Oktyabr , 2016 12:04
Bakıda yol qəzası baş verib, avtomobil deformasiyaya uğrayıb - FOTO

Bakı. 28 oktyabr. REPORT.AZ/ Bakıda yüksək sürətlə dönmə əməliyyatını yerinə yetirən sürücünün idarə etdiyi avtomobil deformasiyaya uğrayıb.

"Report"un xəbərinə görə, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Belə ki, "Hyundai" markalı avtomobil sürətlə hərəkət edərkən dönmə əməliyyatını yerinə yetirmək istəyib. İdarəetmədən çıxan avtomobil qarşıda hərəkət edən 10 MG 015 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı minik maşınına çırpılıb. Xəsarət alan olmasa da "Hyundai" markalı avtomobil deformasiyaya uğrayıb.

Faktla bağlı Binəqədi Rayon Dövlət Yol Polis İdarəsinin (DYPİ) əməkdaşları araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi