Bakı. 4 fevral. REPORT.AZ/ İtkin düşmüş polis əməkdaşı tapılıb.
"Report"un əldə etdiyi məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞBDYPİ) inspektoru Əliş Kərimovdan izahat alınıb.
Məlum olub ki, Ə.Kərimov ona təhkim olunmuş avtomobili küçədə saxlayaraq ərazidən uzaqlaşıb.
Qeyd edək ki, “90-YP-460” dövlət qeydiyyat nişanlı "Kia" markalı avtomobil BŞBDYPİ-nin Növbətçi Hissəsinə məxsus xidməti maşındır. Ə.Kərimov Növbətçi Hissə rəisi, polis mayoru İlqar İbrahimovun sürücüsü işləyib.
***
Bakıda yol polisinin əməkdaşı itkin düşüb.
"Report"un məlumatına görə, hadisə fevral ayının 2-dən 3-nə keçən gecə baş verib.
Belə ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin inspektoru Əliş Kərimov idarə etdiyi “90-YP-460” dövlət qeydiyyat nişanlı "Kia" markalı xidməti avtomobil ilə birlikdə yoxa çıxıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri polis polkovniki Ehsan Zahidov "Report"a bildirib ki, fevralın 3-də Bakı BPİ DYPİ-nin Növbətçi Hissəsinin sürücüsü-polis nəfəri Əliş Kərimov ona təhkim olunmuş xidməti avtomobili idarənin yaxınlığında yol kənarında saxlayaraq, öz rəhbərliyinə xəbər vermədən naməlum istiqamətdə gedib. Mətbuat xidmətinin rəhbəri hadisə barədə əlavə məlumat verməyib və araşdırmaların davam etdiyini söyləyib.
Qeyd edək ki, “90-YP-460” dövlət qeydiyyat nişanlı "Kia" markalı avtomobil BŞBDYPİ-nin Növbətçi Hissəsinə məxsus xidməti maşındır. Ə.Kərimov Növbətçi Hissə rəisi, polis mayoru İlqar İbrahimovun sürücüsü işləyib.