Sabah Bakıda yol polisi gücləndirilmiş iş rejimində çalışacaq

Sabah Bakıda yol polisi gücləndirilmiş iş rejimində çalışacaq BŞDYPİ həmçinin 20 Yanvar günü bağlanacaq küçə və prospektlərin adlarını açıqlayıb
Hadisə
19 Yanvar , 2015 11:04
Sabah Bakıda yol polisi gücləndirilmiş iş rejimində çalışacaq

Bakı. 19 yanvar. REPORT.AZ/ 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar Bakı Şəhər Dövlət Yol Polis İdarəsi (BŞDYPİ)  gücləndirilmiş iş rejimində işləyəcək. Bu barədə "Report"a BŞDYPİ-nin şöbə rəisi Vaqif Əsədov məlumat verib.

Həmin gün səhər saat 07:00-dan tədbir başa çatana qədər BŞDYPİ-nin əməkdaşları ziyarətə gələnlərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə, Şəhidlər Xiyabanı ətrafında nəqliyyatın hərəkətini tənzimləyəcək. Anım günü ilə əlaqədar Parlament prospektindən Şəhidlər Xiyabanına qədər, Mehdi Hüseyn küçəsi 1 ünvanından Teleteatrın qarşısına doğru, Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsi, M.Müşfiq dairəsi və Mətbuat Prospektinin kəsişməsi, Abbasqulu Abbaszadə və İzzət Nəbiyev küşələrinin kəsişməsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.

BŞDYP 20 Yanvar facisəinin ildönümü ilə bağlı keçiriləcək tədbirlə əlaqədar sürücülərdən həmin gün alternativ yollardan və ya ictimai nəqliyyatdan istafadə etməyi tövsiyə edir.

Son xəbərlər

Orphus sistemi