Yuxarı

Bakıda yol polisi bıçaqlanıb

Yaralı Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib

Bakı. 1 sentyabr. REPORT.AZ/ Bakıda yol polisi bıçaqlanıb.

“Report” xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, M.Cəlal küçəsi 143A ünvanında qeydə alınıb.

Həmin ünvanda Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) polis serjantı 1983-cü il təvəllüdlü Rəşad İsmayılov naməlum şəxs tərəfindən çiyin nayihəsindən bıçaqlanıb.

R.İsmayılov Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi