Bakıda yol-nəqliyyat hadisəsində iki qardaş xəsarət alıb

Hadisə
  • 08 yanvar, 2022
  • 23:47
Bakıda yol-nəqliyyat hadisəsində iki qardaş xəsarət alıb

Bakıda baş verən yol-nəqliyyat hadisəsində 2 qardaş xəsarət alıb.

"Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. Qara Qarayev prospektində 2004-cü il təvəllüdlü Qardaşov Vüsal Əli oğlunun idarə etdiyi motosiklet avtomobillə toqquşub. Hadisə zamanı V.Qardaşov və kiçik qardaşı (şəxsiyyəti dəqiqləşdirilir-red.) xəsarət alıb.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.