Yuxarı

Bakıda yol-nəqliyyat hadisəsi olub, 1 nəfər xəsarət alıb

Bakıda yol-nəqliyyat hadisəsi olub, 1 nəfər xəsarət alıb

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Hadisə zamanı 1988-ci il təvəllüdlü Zeynalov Bəhruz Ələkbər oğlu ağır xəsarət alıb. Yaralı təcili yardım maşını vasitəsilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Müayinə zamanı B.Zeynalova belin və dös qəfəsinin küt travması diaqnozu qoyulub və o, Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər B.Zeynalovun vəziyyətini orta ağır qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır.

Ramin Şahbazov

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi