Bakıda yol kənarında dayanan qadını motosiklet vurub

Bakıda yol kənarında dayanan qadını motosiklet vurub Sürücü polis tərəfindən saxlanılıb
Hadisə
24 Oktyabr , 2017 05:58
Bakıda yol kənarında dayanan qadını motosiklet vurub

Bakı. 24 oktyabr. REPORT.AZ/ Bakının Nəsimi rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un xəbərinə görə, 1986-ci il təvəllüdlü Süleymanova Səbinə Nemət qızı Azadlıq prospektində yol kənarında dayanan zaman onu motosiklet vurub.

Qadın ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Motosikletin sürücüsü Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Son xəbərlər

Orphus sistemi