​Bakıda yol hərəkəti qaydalarını pozan 14 nəfər həbs olunub - VİDEO

​Bakıda yol hərəkəti qaydalarını pozan 14 nəfər həbs olunub - VİDEO Həbs olunanlarla görüş keçirilib
Hadisə
21 Fevral , 2015 15:47
​Bakıda yol hərəkəti qaydalarını pozan 14 nəfər həbs olunub - VİDEO

Bakı. 21 fevral. REPORT.AZ/ Dövlət Yol Polisi əməkdaşları Bakıda polisin qanuni tələbini yerinə yetirməməsi, eləcə də avtoxuliqanlıq edərək digər yol hərəkəti iştirakçısının həyatına real təhlükə yaratması və sükan arxasında sərxoş vəziyyətdə avtomobil idarə edilməsi ilə bağlı məhkəmələr tərəfindən çıxarılan qərar əsasında inzibati həbs olunan 14 nəfərlə görüş keçirib. 

"Report" xəbər verir ki, Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsində keçirilən görüşdə BŞDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov həbs olunanlarla fərdi söhbət aparıb. Həbs olunan sürücülər arasında sürücülük vəsiqəsi və avtomobili idarə etmək üçün heç bir sənədi olmayan sürücülər də olub. 

V.Əsədov bildirib ki, bu kimi görüşlərin keçirilməsi ictimai qınaq metodu kimi nəzərdə tutulub: "Bu tədbirlər DYP əməkdaşları tərəfindən mütəmadi davam etdiriləcək. Məqsəd isə paytaxt sakinlərinin təhlükəsizliyini və hər bir yol hərəkəti iştirakçısının mənzil başına sağ-salamat çatmasını təmin etməkdən ibarətdir".

Qeyd edək ki, DYP əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı saxlanılan 14 nəfər məhkəmə qərarı ilə 10 gündən 30 gün müddətinə qədər həbs olunub.

Son xəbərlər

Orphus sistemi