Bakıda yeniyetmə avtomobillərin arasında qalaraq xəsarət alıb

Bakıda yeniyetmə avtomobillərin arasında qalaraq xəsarət alıb Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Hadisə
22 May , 2021 23:42
Bakıda yeniyetmə avtomobillərin arasında qalaraq xəsarət alıb

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. Avtomobil 2009-cu il təvəllüdlü Kişiyev Məhəmməd Qüdrət oğlunu Babək prospektində yaşadığı evin yaxınlığında vuraraq digər avtomobilə sıxıb. Nəticədə yeniyetmə iki avtomobilin arasında sıxılmış vəziyyətdə qalaraq xəsarət alıb.

M.Kişiyev təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ ayağın topuq nahiyəsinin yerdəyişən sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi