Bakıda yataqxanada yanğın baş verib, 52 nəfər təxliyə olunub

Bakıda yataqxanada yanğın baş verib, 52 nəfər təxliyə olunub Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 15 m² olan mətbəxin yanar konstruksiyaları yanıb.
Hadisə
16 İyun , 2023 08:55
Bakıda yataqxanada yanğın baş verib, 52 nəfər təxliyə olunub

Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 15 m² olan mətbəxin yanar konstruksiyaları yanıb.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Yüksək temperaturdan dəhliz 10 m² sahədə qarsalanıb. Yanğın zamanı 52 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Yataqxana binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi