Yuxarı

Bakıda yaşlı kişini yük maşını vurub

Bakıda yaşlı kişini yük maşını vurub
Yaralı ağır vəziyyətdə 1 saylı KTM-ə yerləşdirilib

Bakı. 14 aprel. REPORT.AZ/ Bakının Qaradağ rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, 1957-ci il təvəllüdlü Ələkbərov Malik Fərrux oğlu Lökbatan qəsəbəsindəki "Meyvəli" ticarət mərkəzinin qarşısından keçərkən, onu "Shacman" markalı yük avtomobili vurub.

Yaralı ağır vəziyyətdə 1 saylı KTM-ə yerləşdirilib.

Fakt Qaradağ RPİ-si tərəfindən araşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi