Bakıda yaşlı kişini maşın vurub

Bakıda yaşlı kişini maşın vurub Hadisə Balaxanıda baş verib
Hadisə
18 Yanvar , 2018 23:23
Bakıda yaşlı kişini maşın vurub
"Report"

Bakı. 18 yanvar. REPORT.AZ/ Bakının Sabunçu rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, 50 yaşlı Şahmərdanov Arif Əlimərdan oğlu Balaxanıda yolu keçərkən onu minik avtomobili vurub.

Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi