Yuxarı

Bakıda yaşayış binasında yanğın olub

Səbail rayonunda yerləşən beşmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib

Bakı. 31 dekabr. REPORT.AZ/ Bu gün Bakı şəhərinin Səbail rayonunda yerləşən beşmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib. "Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda deyilir. 

Məlumatda qeyd edilir ki, adıçəkilən yaşayış binasının ikinci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan 3 otaqlı mənzilin eyvanında 2 kv.m sahədə məişət tullantıları yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın saat 11:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bu gün həmçinin İmişli rayonunun Boşçalılar kəndində vətəndaşa məxsus ümumi sahəsi 88 kv.m olan köməkçi tikilinin tavanı 40 kv.m sahədə yanıb. Köməkçi tikilinin qalan hissəsi və əşyaları yanğından mühafizə olunub. Yanğın saat 12:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi