Bakıda yaşayış binasında yanğın olub, 6 nəfər təxliyə edilib - VİDEO - YENİLƏNİB-2

Bakıda yaşayış binasında yanğın olub, 6 nəfər təxliyə edilib - VİDEO - YENİLƏNİB-2 Bakıda yaşayış binası yanır.
Hadisə
13 Mart , 2023 13:19
Bakıda yaşayış binasında yanğın olub, 6 nəfər təxliyə edilib - VİDEO - YENİLƏNİB-2

Bakıda yaşayış binasında yanğın olub, 6 nəfər təxliyə edilib.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, paytaxtın Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 101 m² olan 4 otaqlı mənzilin 1 otağının və eyvanının yanar konstruksiyaları 26 m² sahədə yanıb. Yüksək temperaturdan mətbəxin tavan örtüyü 7 m² sahədə əriyib. Yanğın zamanı 6 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

11.36

Bakıda yaşayış binasında baş vermiş yanğın söndürülüb, 5 nəfər təxliyə edilib.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, paytaxtın Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən doqquzmərtəbəli yaşayış binasında mənzildə qeydə alınan yanğın FHN-in yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

İlkin məlumata görə, doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində 2 otaqlı mənzilin 1 otağında yanğın baş verib. Yanğın zamanı 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. 

11.19

Bakıda yaşayış binası yanır.

"Report"un əldə etdiyi məlumata görə, hadisə paytaxtın Binəqədi rayonu, metronun "Azadlıq prospekti" stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, doqquzmərtəbəli yaşayış binasının altıncı mərtəbəsində yerləşən mənzillərin birində yanğın başlayıb.

Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb edilib.

Nazirlikdən isə bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində doqquzmərtəbəli yaşayış binasında mənzildə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Son xəbərlər

Orphus sistemi