Bakıda yaralı vəziyyətdə tapılmış Qarabağ əlili dünyasını dəyişib

Bakıda yaralı vəziyyətdə tapılmış Qarabağ əlili dünyasını dəyişib O, baş, boyun və bədən nahiyələrindən ağır xəsarətlər alıb
Hadisə
6 Fevral , 2018 03:49
Bakıda yaralı vəziyyətdə tapılmış Qarabağ əlili dünyasını dəyişib
Report.az

Bakı. 6 fevral. REPORT.AZ/ Bakının Binəqədi rayonunda bir nəfər müəmmalı şəkildə dünyasını dəyişib.

"Report" xəbər verir ki, Beynəlxalq Avtovağzal yaxınlığında, Rəşid İsmayılov küçəsində naməlum şəraitdə baş, boyun və bədən nahiyələrindən ağır xəsarətlər alan 1974-cü il təvəllüdlü Əhmədov Mübariz Şamil oğlu tapılıb.

O, ərazidə xidmət aparan polislərin köməkliyi ilə xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, M. Əhmədov dünyasını dəyişib.

Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis bölməsi əməkdaşlarının ilkin məlumatına görə, o, döyülüb. Bununla belə, hadisənin dəqiq səbəbləri araşdırılır.

M.Əhmədov Qarabağ müharibəsi əlili olub.

Son xəbərlər

Orphus sistemi