​Bakıda xəstəxananın həyətində heyvanların parçaladığı körpə uşaq meyiti aşkarlanıb

​Bakıda xəstəxananın həyətində heyvanların parçaladığı körpə uşaq meyiti aşkarlanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
31 May , 2016 11:46
​Bakıda xəstəxananın həyətində heyvanların parçaladığı körpə uşaq meyiti aşkarlanıb

Bakı. 31 may. REPORT.AZ/ Bakıda xəstəxananın həyətində körpə meyiti tapılıb.

“Report”un əldə etdiyi məlumata görə, akademik M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının həyətində, yaşıllıq və ağaclıq olan ərazidə yeni doğulan (ana bətnindən 7-8 aylıq ikən çıxarılmış) qız uşağının meyiti aşkar olunub.

İlk baxışdan məlum olub ki, körpə vəhşı heyvanların qurbanı olub.

Yasamal Rayon Prokurorluğundan “Report”a verilən məlumata görə, faktla bağlı müvafiq araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi