Yuxarı
    Bağlamaq

    Bakıda vurulan piyadanın başı avtomobilin salonuna girib, onun boynu üzülüb

    Faktla bağlı araşdırma aparılır

    Bakı. 9 dekabr. REPORT.AZ/ Bakıda vurulan piyadanın boynu üzülüb.

    "Report"un xəbərinə görə, hadisə Sabunçu rayonu Zabrat qəsəbəsi, Şəhər şosesində qeydə alınıb.

    Belə ki, İsa Ağazadə idarə etdiyi 90 VL 279 dövlət qeydiyyat nişanlı "Hyundai" markalı avtomobillə hərəkət edən zaman piyada 48 yaşlı Səmədov İsmayıl Ağa oğlunu vurub. Zərbə o qədər güclü olub ki, İ.Səmədovun başı avtomobilin qabaq (alın) şüşəsini sındıraraq salona girib. Nəticədə onun boyun nahiyəsi kəsilib. Sürücü İ.Ağazadə piyadanı xəstəxanaya çatdırıb. Lakin İ.Səmədovun öldüyü müəyyən olunub.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi