Yuxarı
    Bağlamaq

    Bakıda vəzifəli polis əməkdaşına töhmət verilib

    Erol Əliyev Xətai rayon prokuroru Yusif İldırımzadənin bacısı oğludur

    Bakı. 24 oktyabr. REPORT.AZ/ Bakıdakı polis idarələrindən birinin vəzifəli əməkdaşı cəzalandırılıb.

    “Report” xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin (RPİ) İstintaq Şöbəsinin rəisi polis mayoru Erol Əliyevə işində verdiyi nöqsanlara görə töhmət verilib.

    Belə ki, araşdırmalar zamanı Xəzər RPİ-nin İstintaq Şöbəsində aparılan cinayət işlərinin istintaqı zamanı təqsirləndirilən şəxslərin hüquqularının pozulduğu, istintaq hərəkətlərinin icrası zamanı qanun pozuntularına yol verildiyi məlum olub.

    Qeyd edək ki, E.Əliyev Xətai rayon prokuroru Yusif İldırımzadənin bacısı oğludur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi