Bakıda vətəndaşlara qarşı dələduzluq edən şəxsə hökm oxunub
Hadisə
- 31 yanvar, 2017
- 07:14
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 31 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elçin Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
"Report"um məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə E.Məmmədov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, E.Məmmədov 10-a yaxın vətəndaşı işə düzəltmək adı ilə aldadaraq, onlardan ümumilikdə 30 min manat pul alıb. Lakin sonra o, verdiyi vədə əməl etməyib. Zərərçəkmişlərin hüquq-mühafizə orqanlarına şikayəti əsasında saxlanılan E.Məmmədovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə cinayət işi açılıb.
Son xəbərlər
04:57
"Mançester Yunayted"in baş məşqçisi: Mənə heç bir zəmanət lazım deyil
Futbol
04:34
WSJ: Ağ Ev rəhbərinə İrana yeni zərbələrlə bağlı variantlar təqdim edilib
Digər ölkələr
03:48
Venesuelaya yeni xarici işlər naziri təyin edilib
Digər ölkələr
03:27
Çexiyalı milyarder "Ray-Ban" holdinqi üçün 30 milyard avro təklif edib
Biznes
02:48
"Anthropic" ABŞ hökumətini geridə qoyaraq "SpaceX"in ən böyük müştərisi olub
Digər ölkələr
02:36
"Fars": İranın cənub-şərqində partlayışlar olub
Region
02:10
Bitkoinin qiyməti kripto bazarda kütləvi ləğvlər fonunda 79 min dollardan aşağı düşüb
Maliyyə
01:55
İsraildə parlament seçkilərində Netanyahunun "Likud" Partiyası qalib gəlib
Digər ölkələr
01:43
"Turan" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
Komanda