Bakıda uşaq beşinci mərtəbədən yerə yıxılıb

Bakıda uşaq beşinci mərtəbədən yerə yıxılıb Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib
Hadisə
24 İyul , 2018 05:45
Bakıda uşaq beşinci mərtəbədən yerə yıxılıb

Bakı. 24 iyul. REPORT.AZ/ Binəqədi rayonunda bədbəxt hadisə zamanı 10 yaşlı uşaq xəsarət alıb.

"Report"un xəbərinə görə, hadisə 7-ci mikrorayon ərazisində baş verib.

Süleyman Sani Axundov küçəsində 2008-ci il təvəllüdlü Quliyev Murad Vahid oğlu yaşadığı binanın 5-ci mərtəbəsinin eyvanından ehtiyyatsızlıqdan yerə yıxılıb. Uşaq müxtəlif sınıq xəsarətləri alıb. 

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Fakt araşdırılır. 

Son xəbərlər

Orphus sistemi