​Bakıda uşağı vuran avtomobilin sürücüsü qaçıb

​Bakıda uşağı vuran avtomobilin sürücüsü qaçıb Hazırda sürücünün tapılması üçün əməliyyat-axtarış tədbirləri aparılır
Hadisə
19 Avqust , 2015 13:36
​Bakıda uşağı vuran avtomobilin sürücüsü qaçıb

Bakı. 19 avqust. REPORT.AZ/ Bakı şəhəri, Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində müəyyən edilməmiş avtomobillə qəsəbə sakini, azyaşlı Mehdi Əliyev vurulub. “Report” Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, uşağa xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində (RPİ) əməliyyat-axtarış tədbirləri aparılır.

Son xəbərlər

Orphus sistemi