Bakı. 6 oktyabr. REPORT.AZ/ Bakıda Ukrayna vətəndaşı olan qadın qarət edilib. Bu barədə “Report”a Nəsimi Rayon Polis İdarəsindən məlumat verilib.
Belə ki, 38 yaşlı Qalina Kotenka hüquq-mühafizə orqanlarına müraciət edərək Bəşir Səfəroğlu küçəsindəki mənzilindən 2500 dollar və 1500 manat pulunun naməlum şəkildə oğurlandığını bildirib.
Faktla bağlı araşdırma aparılır.