Bakı. 6 noyabr. REPORT.AZ/ Bakının Səbail rayonunda 51 saylı məktəb binasında baş verən tüstülənmə ilə əlaqədar halı pisləşən iki müəllimə tibbi yardım göstərilib. Bu barədə "Report"a Təcili və Təxirəsalınmaz Tibbi yardım stansiyasının baş həkimi Mürsəl Həmidov bildirib. Baş həkimin sözlərinə görə, şagirdlər arasında təcili yardıma müraciət edən olmayıb.
Bakıda tüstülənmə baş verən məktəbdə 2 nəfərə tibbi yardım göstərilib - FOTO
Hadisə
6 Noyabr , 2014
10:50