Bakıda tullantılar arasından 22 şəxsiyyət vəsiqəsi tapılıb - FOTO

Bakıda tullantılar arasından 22 şəxsiyyət vəsiqəsi tapılıb - FOTO Sənədlərini itirmiş şəxslər Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar bürosuna müraciət edə bilərlər
Hadisə
8 Fevral , 2016 11:26
Bakıda tullantılar arasından 22 şəxsiyyət vəsiqəsi tapılıb - FOTO

Bakı. 8 fevral. REPORT.AZ/ Məişət tullantıları arasından son bir həftə ərzində 50-yə yaxın müxtəlif sənədlər - 22 şəxsiyyət vəsiqəsi, 6 pasport, 1 hərbi bilet, 3 sürücülük vəsiqəsi, 3 avtomobil texniki pasportu, 13 müxtəlif bank kartı və s. tapılıb. Tapılmış sənədlər “Təmiz Şəhər” ASC-nin əməkdaşları tərəfindən polisə təhvil verilib.

Bu barədə “Report”a ASC-nin mətbuat xidmətindən bildirilib.

Bakı şəhər İcra Hakimiyyətinin müvaffiq qurumlarının paytaxtdan topladığı məişət tullantıları “Təmiz Şəhər” ASC-yə təhvil verilir. Səhmdar cəmiyyətin Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda həmin tullantılar çeşidlənir və təkrar emala yararlı olan materiallar (metal, kağız-karton, plastik, şüşə və s.) ümumi kütlədən ayrılır. İş prosesi zamanı bəzən tullantıların arasından müxtəlif əşyalar, o cümlədən sənədlər aşkarlanır. Onlar “Təmiz Şəhər”in əməkdaşları tərəfindən aidiyyəti qurumlara təhvil verilir.

Sənədlərini itirmiş şəxslər Bakı şəhər Baş Polis İdarəsinin Tapıntılar bürosuna müraciət edərək tapılmış sənədlər arasında ona aid sənədin olub-olmadığını öyrənə bilər.

Son xəbərlər

Orphus sistemi