Bakıda ticarət mərkəzində 1050 manat oğurlayan şəxs saxlanılıb

Hadisə
  • 10 dekabr, 2018
  • 08:18
Bakıda ticarət mərkəzində 1050 manat oğurlayan şəxs saxlanılıb

Bakı. 10 dekabr. REPORT.AZ/ Bakıda ticarət mərkəzində 1050 manat oğurlayan şəxs saxlanılıb.

"Report"a xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Belə ki, Nərimanov rayon Polis İdarəsinin 17-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 5-də rayon ərazisindəki ticarət mərkəzlərinin birindən paytaxt sakini C.Əliyevin cibindən 1050 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nuru Nuriyev saxlanılıb.