Bakıda təmir zamanı təkər ustanın başına düşüb

Bakıda təmir zamanı təkər ustanın başına düşüb O, kəllə-beyin travması alıb
Hadisə
23 İyun , 2017 08:45
Bakıda təmir zamanı təkər ustanın başına düşüb
Courtesy İmage

Bakı. 23 iyun. REPORT.AZ/ Bakının Binəqədi rayonunda maşın ustası bədbəxt hadisə nəticəsində xəsarət alıb.

"Report" xəbər verir ki, hadisə Xırdalan-Mehdiabad yolu üzərində yerləşən avtomobil təmiri sexində qeydə alınıb.

Sexdə usta işləyən 1970-ci il təvəllüdlü Ağayev Aslan Qaçaq oğlu avtoqaldırıcıda olan maşını təmir edən zaman nəqliyyat vasitəsinin təkəri onun başına düşüb. Nəticədə usta qapalı kəllə-beyin travması alaraq huşunu itirib. Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirirlər.

Son xəbərlər

Orphus sistemi