Bakıda tanışının evindən oğurluq edən qadına 10 il həbs verilib, əmlakı müsadirə olunub

Bakıda tanışının evindən oğurluq edən qadına 10 il həbs verilib, əmlakı müsadirə olunub Ev və avtomobillər satılaraq dəymiş ziyan kimi ödəniləcək
Hadisə
22 Oktyabr , 2015 12:54
Bakıda tanışının evindən oğurluq edən qadına 10 il həbs verilib, əmlakı müsadirə olunub

Bakı. 22 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Svetlana Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report" xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Quliyeva 10 il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, S.Quliyevaya məxsus ev və avtomobillər müsadirə edilib. Həmin ev və avtomobillər satılaraq Tatyana Quliyevaya dəymiş ziyan kimi ödəniləcək.

Qeyd edək ki, hadisə ötən il baş verib. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatda bildirilib ki, DİN Baş Cinayət-Axtarış İdarəsi və Baş İstintaq və Təhqiqat İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2014-cü il iyunun 25-də Tatyana Quliyevanın mənzilindən 5 000 manat pul oğurlayan Bakı şəhər sakini Svetlana Quliyeva tutulub. Daha sonra araşdırmalar nəticəsində məlum olub ki, S.Quliyeva həmin mənzildən hissə-hissə ümumilikdə 600 min manat pul oğurlayıb. O, Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi