Bakıda tanışını döyüb öldürən şəxsə hökm oxunub

Bakıda tanışını döyüb öldürən şəxsə hökm oxunub Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən proses başa çatıb
Hadisə
4 Noyabr , 2016 12:42
Bakıda tanışını döyüb öldürən şəxsə hökm oxunub

Bakı. 4 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sərxoş adamı döyərək ölümünə səbəb olan Nəsrulla Zaqidulinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Report"un xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə N.Zaqidulin 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2014-cü ilin dekabrın 24-də Səbail rayonunda baş verib. Bakı şəhər sakini İqor Samoylenko sərxoş halda xəstəxanaya gətirilib və dekabrın 27-də orada ölüb.

Dekabrın 27-də Maya Nikolayevna Batolova Səbail Rayon Plils İdarəsinin (RPİ) 8-ci Polis Bölməsinə (PB) müraciət edərək dekabrın 24-də oğlu İ.Samoylenkonun naməlum şəxs tərəfindən döyüldüyünü bildirib.

Səbail RPİ 8-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini N.Zaqidulin tutulub.

Son xəbərlər

Orphus sistemi