Bakıda taksi sürücüsünə qarşı quldurluq olub
Hadisə
- 28 avqust, 2019
- 07:19
Bakıda taksi sürücüsünə qarşı quldurluq edilib.
Daxili İşlər Nazirliyi (DİN Mətbuat xidmətindən "Report"a verilən məlumata görə Bakı şəhər sakini T.Qəhrəmanov Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 4-cü Polis Şöbəsinə müraciət edib.
O bildirib ki, avqustun 27-də saat 5 radələrində F.Rüstəmov küçəsində idarə etdiyi “KİA” markalı avtomobilə sərnişin qismində oturmuş 2 nəfər onu naməlum əşya ilə hədələyərək 278 manat pulunu alıblar.
Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Dərhal başlanmış əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri Ə.Qənbərov və C.Qənbərov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Son xəbərlər
06:45
İranın ABŞ ilə müzakirələrin başlaması üçün irəli sürdüyü yeddi şərt açıqlanıb
Region06:21
NYT: Qayana neft bazarında mövqelərini möhkəmləndirib
Digər ölkələr05:59
ABŞ Karib dənizində narkotacirlərin qayığına zərbə endirib
Digər ölkələr05:28
Mayk Uolts: Tramp Rusiya-Ukrayna münaqişəsini həll etməyə çalışır
Digər ölkələr04:51
WSJ: ABŞ-yə səfərindən əvvəl Si Cinpinin səhhəti ilə bağlı qeyri-müəyyənlik yaranıb
Digər ölkələr04:16
Çilinin sabiq prezidenti BMT-nin Baş katibi postu uğrunda mübarizədən geri çəkilib
Digər ölkələr03:40
Almaniyada Bundesverdə xidmət üçün 18 yaşlı kişilərin məcburi tibbi müayinəsinə başlanılıb
Digər ölkələr03:21
Astarada baş verən avtomobil qəzasında bir nəfər ölüb, üç nəfər xəsarət alıb
Hadisə03:04