Bakıda sürücü velosipedçini vuraraq hadisə yerindən qaçdı

Bakıda sürücü velosipedçini vuraraq hadisə yerindən qaçdı Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Hadisə
16 Mart , 2021 01:11
Bakıda sürücü velosipedçini vuraraq hadisə yerindən qaçdı

Bakıda velosipedçinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Bülbülə qəsəbəsində 1975-ci il təvəllüdlü İsmayılov Müşviq Əlişan oğlunu evinin qarşısında avtomobil vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb və ona bədənin küt travması diaqnozu qoyulub.

Qeyd edək ki, hadisəni törədən sürücü qəza yerindən qaçıb.

Son xəbərlər

Orphus sistemi