Bakıda sürücü avtomobildən düşərkən ona 4 bıçaq zərbəsi vurulub
Hadisə
- 19 iyun, 2018
- 03:44
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 19 iyun. REPORT.AZ/ Binəqədi rayonunda orta yaşlı kişi tanımadığı şəxslər tərəfindən bıçaqlanıb.
"Report" xəbər verir ki, hadisə Atatürk prospektində baş verib.
Ayna Sultanova adına parkın yaxınlığında ailəsi ilə birgə avtomobilindən enən 1987-ci il təvəllüdlü Atakişiyev Elvin Məhərrəm oğluna 2 nəfər naməlum şəxs yaxınlaşıb. Naməlum şəxslərdən biri qəfil E.Atakişiyevə 4 bıçaq zərbəsi vurub.
Yaralı təcili yardım vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilib. Araşdırma aparılır.
Qeyd edək ki, E.Atakişiyev bu gün həyat yoldaşı ilə birlikdə Rusiyadan Bakıya gəlib.
Son xəbərlər
03:25
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
Digər ölkələr
03:04
İranın Qeşm adası yaxınlığında partlayış səsləri eşidilib
Region
02:46
ABŞ-İran münaqişəsinin başlanğıcından bəri Hörmüz boğazında azı 25 dənizçi həlak olub
Digər ölkələr
02:14
Tramp ABŞ-İran danışıqlarının davam etdiyini bildirib
Digər ölkələr
01:49
Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat zamanı 90 nəfər həbs olunub
Region
01:41
Fransada etirazlar zamanı təhlükəsizliyi 70 000 asayiş keşikçisi təmin edəcək
Digər ölkələr
01:17
ABŞ Kanadanın İranla əlaqəli səkkiz qurumuna sanksiyalar tətbiq edib
Digər ölkələr
00:46
ICF-nin gələnilki qitə çempionatlarına ev sahibliyi edəcək ölkələr müəyyənləşib
Komanda
00:30
Rubio G7-nin XİN başçılarının görüşündə iştirak üçün Parisə səfər edəcək
Digər ölkələr