Bakıda avtomobil avtobusun qarşısını kəsib, xəsarət alan var

Bakıda avtomobil avtobusun qarşısını kəsib, xəsarət alan var Bakıda avtobusda yıxılan qadın xəsarət alıb.
Hadisə
25 Sentyabr , 2019 22:45
Bakıda avtomobil avtobusun qarşısını kəsib, xəsarət alan var

Bakıda avtobusda yıxılan qadın xəsarət alıb.

"Report"un xəbərinə görə, hadisə Nəsimi rayonu Füzuli küçəsində baş verib.

"Nissan Xtrail" markalı minik avtomobili qəfil şəkildə 79 saylı marşrut avtobusunun qarşısına çıxaraq əyləci basıb. Avtobusun sürücüsü qəzadan yayınmaq üçün saatda 14 kilometr sürətlə hərəkət edən nəqliyyat vasitəsini qəfildən saxlayıb. Bu zaman salonda olan sərnişin, 1993-cü il təvəllüdlü Kərimova Təbəssüm Əsəd qızı xəsarət alıb.

Ona tibbi yardım göstərilib və evə buraxılıb.

Son xəbərlər

Orphus sistemi